"Qalatasaray" istədi, "Fənərbağça" aldı
"Fənərbağça" PSJ-dən Milan Şkrinyar transferini tamamladı.
90plus.az xəbər verir ki, bir müddət digər İstanbul klubu "Qalatasaray"ın gündəmində olan müdafiəçi "Fənərbağça" tərəfindən transfer edildi. Klub bunu öz İnstagram səhifəsində paylaşıb.
Klub Şkrinyarın partnyoru olaraq "Aston Villa"dan Dieqo Karlosu da heyətinə qatdı. Transferin 10 milyon civarında başa gəldiyi bildirilir.
Qeyd: Milan Şkrinyar bundan əvvəl "Sampdoriya", "İnter" kimi klublarda da forma geyinib.
© Copyright 2026, All Rights Reserved