"Qalatasaray" liderliyini möhkəmləndirdi
Türkiyə Süper Liqasının 8-ci həftəsində "Qalatasaray" ilə "Korendon Alanyaspor" üz-üzə gəldi.
90plus.az xəbər verir ki, "Rams Park"da keçirilən mübarizəni sarı-qırmızılılar 1-0 qazandı.
"Qalatasaray"a qələbəni gətirən qolu 28-ci dəqiqədə Yunus Akgün vurdu. Bu nəticə ilə liderliyini davam etdirən "Qalatasaray" 22 xala yüksəldi. "Korendon Alanyaspor" isə 9 xalda qaldı.
Liqanın növbəti həftəsində "Qalatasaray" səfərdə "Antalyaspor"la qarşılaşacaq. "Korendon Alanyaspor" isə öz meydanında "Kasımpaşa"nı qəbul edəcək.
Matçda vurulan qolun videosu:
© Copyright 2026, All Rights Reserved