"Qalatasaray" macarı icarəyə verir
"Qalatasaray" yay transfer dönəmində bəzi legioner futbolçularla vidalaşa bilər.
90plus.az xəbər verir ki, ölkə çempionu Roland Şallayı icarəyə verməyi düşünür.
Macarıstan yığmasının üzvü bir neçə İtaliya klubunun maraq dairəsindədir. "Qalatasaray"la müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədə olan Şallay özü də Apenin yarımadasında çıxış etməyə müsbət baxır.
O, İstanbul klubuna qoşulmazdan əvvəl "Pușkaş Akademiya", "Palermo", APOEL və "Frayburq" kimi komandaların heyətində çıxış edib.
© Copyright 2026, All Rights Reserved