"Qalatasaray" Osimheni bu cür alır: "Hamı 2 dollar atsın"
"Qalatasaray" rəhbərliyi Viktor Osimheni komandada saxlamaq üçün dəridən-qabıqdan çıxır.
90plus.az xəbər verir ki, bu gün İstanbul klubunda iclas keçirildi və bir sıra məsələlər həllini tapdı. O məsələlərdən biri də Viktor Osimhenlə bağlı idi. "Qalatasaray"ın rəhbərliyində söz sahibi olan siyasətçi Rasim Zaimoğlu azarkeşlərdən pul yığılması təklifini etdi:
"Hər bir azarkeş 2 dollar atsa, bu da 60-70 milyon dollar edir və Osimheni ala bilərik".
Qeyd: "Napoli" klubu Osimhendən 70 milyon qazanc əldə edəcəklərinə ümid edirlər.
© Copyright 2026, All Rights Reserved