“Qalatasaray”a Osimhen şoku – ulduz futbolçu millidə zədələndi
“Qalatasaray”ın hədəfində olan ulduz hücumçu Viktor Osimhen ciddi zədə ilə üzləşib.
90plus.az xəbər verir ki, Nigeriya millisinin Ruanda ilə qarşılaşdığı Dünya Çempionatı seçmə mərhələsinin VII qrup oyununda start heyətində yer alan forvard ilk hissədə oyunu tərk edib.
“Napoli”nin və Nigeriya yığmasının hücumçusu qarşılaşmanın 35-ci dəqiqəsində zədə alaraq yerini Dessersə verib. Oyun zamanı meydanı tərk edən Osimhenə texniki heyət tərəfindən mənəvi dəstək göstərilib.
Zədənin nə qədər ciddi olduğu hələ ki, açıqlanmasa da, bu xəbər Qalatasaray azarkeşləri üçün narahatlıq yaradıb. İstanbul təmsilçisinin transfer planlarında yer alan Osimhenin durumunun yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved