"Qalatasaray"a rekord üçün 1 xal lazımdır
Türkiyə Superliqasında 86 xalla zirvədə yer alan "Qalatasaray" tarixi bir nailiyyətə imza atmağa yaxındır.
90plus.az xəbər verir ki, "cim-bom" mövsümün sonuna üç tur qalmış ən yaxın rəqibi "Fənərbağça"ya səkkiz xal fərqi ilə üstünlük təşkil edir.
İstanbul klubu qarşıdakı oyunda bir xal əldə etdiyi halda, 25-ci dəfə ölkə çempionu adını qazanacaq.
Bu uğurla birlikdə "Qalatasaray" titul sayını artıraraq Türkiyə futbol tarixində 5-ci ulduzu əldə edən ilk komanda olacaq.
© Copyright 2026, All Rights Reserved