"Qalatasaray"da Caka bombası - Hamı bu keçidə razıdır
"Qalatasaray" "Bayer Leverkuzen"in təcrübəli yarımmüdafiəçisi Granit Cakanı transfer etmək üçün ciddi addımlar atmağa hazırlaşır.
90plus.az xəbər verir ki, sarı-qırmızılı klub İsveçrəli futbolçuya və onun hazırkı komandasına cəlbedici bir təklif təqdim etməyi planlaşdırır.
Baş məşqçi Okan Burukun rəhbərliyi altında gələcək mövsüm üçün transfer çalışmalarını sürətləndirən "Qalatasaray", Cakanı komandada lider rolunda görmək istəyir. Xüsusilə böyük oyunlarda komandanı yönləndirə biləcək bir oyunçu olaraq nəzərdə tutulan Caka üçün klub bütün şərtləri zorlayacaq.
"Bayer Leverkuzen"də ikinci mövsümünü keçirən 32 yaşlı yarımmüdafiəçi bu mövsüm 40 oyunda 2 qol və 7 asistlə diqqət çəkib. Klubun 128 illik tarixində ilk Almaniya çempionluğunda böyük pay sahibi olan Cakanın "Bayer Leverkuzen" ilə 30 iyun 2028-ci ilə qədər müqaviləsi mövcuddur.
"Qalatasaray"ın bu transfer üçün həm futbolçunu, həm də Alman klubunu razı salacaq bir təklif hazırladığı bildirilir. "Bayer Leverkuzen" rəhbərliyi Cakanın ayrılmaq istəməsi halında uyğun bir təklifi dəyərləndirməyə hazır olduğunu qeyd edir.
Caka karyerası boyunca "Bazel", "Borussiya Münhenqladbax" və "Arsenal" kimi klublarda oynayıb. 2023-2024 mövsümü əvvəlində 15 milyon avro qarşılığında "Bayer Leverkuzen"ə transfer olunub. İsveçrə milli komandasında 135 oyunda 14 qol vuran təcrübəli oyunçunun hazırkı bazar dəyəri 17 milyon avro olaraq qiymətləndirilir.
"Qalatasaray"ın Cakanı transfer etməsi komandanın gələcək mövsümlərdəki hədəfləri üçün əhəmiyyətli bir addım ola bilər. Bu transferin gerçəkləşməsi sarı-qırmızılıların orta sahədəki gücünü və liderlik xüsusiyyətlərini artıracaq.
© Copyright 2026, All Rights Reserved