"Qalatasaray"da yeni adlar - 2 "Siti"li, 1 "Bayer"li
Super Liqada mövsüm sona yaxınlaşarkən klublar 2025-26 mövsümü üçün heyət planlamasına başlamağa davam edir.
90plus.az xəbər verir ki, çempionluq hədəfi qoyan İstanbul nəhəngibKevin de Bruyne transferi üçün böyük addım atdı. "Mançester Siti" ilə yollarını ayıracağını açıqlayan belçikalı ulduz üçün "Qalatasaray" təklifini etdi.
Kevin de Bruynein "Mançester Siti" ilə olan 10 illik karyerası sona yaxınlaşır. 413 rəsmi qarşılaşmada 106 qol və 174 asistlə diqqət çəkən belçikalı futbolçu sözləşməsinin bitəcək və mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq.
"Qalatasaray" De Bruyne transferinə ciddi yanaşır. Çempionlar Liqasında üst turlara yüksəlmək və son illərdə ən güclü heyətini qurmaq istəyən "Cim Bom" Mertens'in yerinə Kevin de Bruyneni 10 nömrə mövqeyində düşünür. Klub rəhbərliyi bu transferə böyük maliyyə ayırmağa hazırdır. "Qalatasaray" rəhbərliyi De Bruyne üçün maaş büdcəsinin mühüm bir hissəsini ayırmağı planlayır.
Ancaq bu transferin ardınca Qranit Caka ilə əlaqələr hələ də davam edir. "Bayer Leverkuzen"in 32 yaşındakı oyunçusu əvvəlki planlamada ön planda olmasına baxmayaraq, "Qalatasaray"'ın transfer gündəmində artıq ikinci sırada yer alır.
Caka transferi üçün hələ də alternativlər mövcud olsa da, "Qalatasaray" rəhbərliyi De Bruyne transferinə öncəlik verib.
Bir digər mövzu isə Lukas Torreira və İlkay Gündoğan məsələsidir. De Bruyne və İlkay Gündoğan ilə razılığa gəlindiyi təqdirdə, "Qalatasaray"ın Caka transferini ləğv etməsi də mümkün ola bilər.
© Copyright 2026, All Rights Reserved