"Qalatasaray"dan derbi mükafatı - 1 milyon dollar
"Qalatasaray"lı futbolçular derbi qalibiyyətinə görə ümumən 1 milyon dollar alacaq.
90plus.az xəbər verir ki, "Qalatasaray" Türkiyə Kubokunun 1/4 final mərhələsində əzəli rəqibi "Fənərbağça"nı səfərdə 2-1 hesabı ilə məğlub edərək yarımfinala yüksəldi.
Bu qələbə münasibətilə klub rəhbərliyi futbolçulara ümumilikdə 1 milyon dollar məbləğində mükafat ayırıb.
Qeyd: Sarı-qırmızılılar yarımfinalda "Konyaspor" ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved