"Qalatasaray" əfsanəsi bu kluba rəhbər oldu!
Türkiyəli mütəxəssis Bülent Korkmazın yeni iş yeri bəlli olub.
90plus.az xəbər verir ki, 56 yaşlı çalışdırıcı “Erokspor” klubunun baş məşqçisi vəzifəsinə təyin edilib. Bu barədə 1-ci liqa komandasının mətbuat xidməti məlumat yayımlayıb.
Hazırda “Erokspor” Türkiyə 1-ci liqasında 14-cü yerdə qərarlaşıb.
Xatırlatma: Bülent Korkmaz 2009-2010 mövsümündə Azərbaycanda "Bakı" komandasını çalışdırıb. Təcrübəli məşqçi son olaraq "Rizəspor" klubunda işləyib və karyerası ərzində “Kayserispor”, “Bursaspor”, “Gənclərbirliyi”, “Qalatasaray”, “Karabükspor”, “Başakşehir” və “Mersin İdman Yurdu” komandalarını da idarə edib.
© Copyright 2026, All Rights Reserved