"Qalatasaray"ın qapıçısı tarixi uğurun astanasında
"Qalatasaray" mayın 18-də "Kayserispor"la matçda ən azı 1 xal qazanaraq çempionluğunu rəsmiləşdirərsə, Fernando Muslera Türkiyədə 19-cu kubokunu qazanmış olacaq.
90plus.az xəbər verir ki, bununla da "əlcək sahibi" qardaş ölkədə ən çox çempionluq sevinci yaşamış futbolçu kimi tarixə düşəcək.
Muslera hazırda "Qalatasaray"ın sabiq müdafiəçisi Bülent Korkmazla birgə ən çox kubok qazanan iki futbolçuladan biridir.
© Copyright 2026, All Rights Reserved