"Qalatasaray"ın "döyünən ürəyi" qayıdır
Zədə səbəbilə təxminən üç həftədir komandasından uzaq qalan Qabriel Sara bu gün (24 yanvar Cümə) komanda ilə birlikdə məşqlərə başlayıb.
90plus.az xəbər verir ki, Sara zədə səbəbi ilə liqadakı "Rams Başakşehir" və "Hatayspor", Avropa Liqasında isə "Dinamo Kiyev" matçlarını qaçırmışdı. 25 yaşındakı futbolçunun, sabah liqada keçiriləcək "Konyaspor" matçında da forma geyməsi gözlənilmir.
"Qalatasaray"da karyerasındakı ikinci zədəsini yaşayan Qabriel Sara, son olaraq 2019-20 mövsümündə ayaq aşıq sümüyündən zədələnərək 124 gün boyunca formasından uzaq qalmışdı.
© Copyright 2026, All Rights Reserved