Qrizman Messiyə bir az yaxınlaşdı
İspaniyanın "Atletiko" komandasının hücumçusu Antuan Qrizmann Lionel Messinin rekorduna çatmağa yaxındır.
90plus.az xəbər verir ki, fransız futbolçu La Liqada 519 görüşə çıxıb. Bu göstərici onu uzun illər "Barselona"nın formasını geyinmiş Lionel Messidən (520 oyun) sonra xarici futbolçular arasında turnirin tarixində ikinci pilləyə yerləşdirir.
33 yaşlı hücumçu “Atletiko”nun heyətində daha bir matçda meydana çıxsa, argentinalı ulduzun rekordunu təkrarlamış olacaq.
Qeyd: A.Qrizmann La Liqada “Atletiko”nun heyətində 304 qarşılaşmada iştirak edib. O, həmçinin “Real Sosyedad”da 141, “Barselona”da isə 74 oyuna çıxıb.
© Copyright 2026, All Rights Reserved