Qurban Qurbanov: "Rəqibin hər qolundan əvvəl biz fərqlənməli idik"
"Rəqibin ustalıq səviyyəsi yüksək idi".
90plus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 5-ci turunda "Lion"la matçdan sonra deyib. Təcrübəli mütəxəssis oyundan razı qaldığını bildirib:
"Azarkeşlərə təşəkkür edirəm ki, belə havada bizə sonadək dəstək oldular. Üzücü hesab qeydə alındı. İkinci hissəsinin ortasında komandada boşluqlar yarandı və rəqibin hücumlarının qarşısını ala bilmədik. Ümumilikdə oyundan razı qaldım. Çünki rəqibin güclü olmasına baxmayaraq, əlimizdən gələni etdik.
Düşünürəm ki, hesab oyuna görə deyildi. İkinci qol sadəcə texniki səhv idi. Hər iki qoldan əvvəl biz fərqlənməli idik, əvəzində rəqib bizi cəzalandırdı. Deməli, bu gün məğlub olmalıymışıq.".
© Copyright 2026, All Rights Reserved