Rafinya: “Mən Lamin deyiləm. Lamin ulduzdur”
Rafinya bu gün "Real Madrid" ilə keçiriləcək həlledici “El Klasiko” qarşılaşması öncəsi zədədən sonrakı bərpası, "Barselona"dakı gələcəyi və Lamin Yamal haqda fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, braziliyalı vingerin son matçları zədə səbəbindən buraxdıqdan sonra geri dönəcəyi gözlənilir. O, ABŞ-də Braziliya millisinin heyətində çıxış edərkən zədələnmişdi və bu səbəbdən “Barselona”nın “Madrid”ə qarşı Çempionlar Liqasının 1/4 final oyununu qaçırmışdı.
Formasını bərpa etməsinə baxmayaraq, Rafinya etiraf edib ki, böyük qarşılaşma öncəsi hələ tam hazır deyil:
“Bəlkə də rəqib mənə uyğundur. Yenidən ən yaxşı formama çatmağa çalışıram. Hələ bir az çatışmır.”
29 yaşlı futbolçu sağ cinahda oynamaq ehtimalından danışarkən gənc ulduz Lamine Yamalı da tərifləyib:
“Əgər sağ cinahda oynasam, məndən xüsusi nəsə gözləməyin, çünki mən Lamin deyiləm. Lamin ulduzdur və onun etdikləri…”
Keçmiş "Lids Yunayted" futbolçusu gələcəyi ilə bağlı yayılan şayiələrə də münasibət bildirib və “Barselona”da qalmaq istədiyini açıq şəkildə ifadə edib:
“Özümü burada uzun illər görürəm. 2028-ci ilə qədər müqaviləm var və klub mənimlə danışmaq istəsə, buna açığam”, — deyə o, fikrini yekunlaşdırıb.
© Copyright 2026, All Rights Reserved