R. Tayyib Ərdoğan “Qalatasaray”ı təbrik elədi
“Qalatasaray”ın 2024–2025 mövsümündə Super Liqanın qalibi olması münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında təbrik paylaşıb.
90plus.az xəbər verir ki, Prezidentin paylaşımında bunlar qeyd olunur:
“2024–2025 mövsümündə Türkiyə Super Liqasının çempionu olan ‘Qalatasaray’ futbol komandasını, məşqçilər heyətini və bütün klub ailəsini ürəkdən təbrik edirəm.”
Türkiyənin Gənclik və İdman naziri Osman Aşkın Bək də “Qalatasaray”ı qazandığı uğura görə təbrik edib.
Nazir mesajında belə yazıb:
“Trendyol Super Liqa 2024–2025 mövsümünün qalibi ‘Qalatasaray’ klubunu təbrik edirəm. Bu uğurda payı olan futbolçuları, texniki heyəti, rəhbərliyi və azarkeşləri alqışlayıram. Mövsüm ərzində mübarizə aparan bütün komandalarımıza da təşəkkür edirəm.”
© Copyright 2026, All Rights Reserved