"Real" daha bir futbolçusunu itirdi
"Real"ın müdafiəçisi Ferlan Mendi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə keçirilən cavab oyununda zədələnib.
90plus.az xəbər verir ki, fransalı futbolçunun sol bud əzələsində zədə müəyyən edilib.
29 yaşlı müdafiəçi təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
La Liqada bir neçə oyunu buraxacaq Mendi, Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"la baş tutacaq ilk qarşılaşmada da iştirak etməyə bilər.
© Copyright 2026, All Rights Reserved