"Real" Vinisiusun yerinə "Qalatasaray"dan oyunçu alır
"Real Madrid" rəhbərliyi Vinisius Juniorun komandadan ayrılmasını gündəmə gətirib.
90plus.az xəbər verir ki, klub braziliyalı oyunçunu əvəzləyə biləcək futbolçuları müəyyənləşdirib. Bildirilir ki, baş məşqçi Karlo Ançelottinin hazırladığı siyahıda üç potensial namizəd yer alır. İddialara görə, Ançelottinin transferini arzuladığı oyunçulardan biri "Sportinq Lissabon"un hücumçusu Viktor Gyökeresdir. "Milan"ın futbolçusu Rafael Leaonun birə-bir vəziyyətlərdəki təsirli performansının "Real Madrid"in oyun üslubuna uyğun olduğu düşünülür. Eyni zamanda, "Real"ın transfer planlarında hazırda "Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin hücumçusu Viktor Osimhenin də adı keçir.
Qeyd: Vinisius Juniorun meydandakı aqressiv hərəkətləri və tez-tez rəqiblərlə yaşadığı mübahisələr yalnız rəqib fanatların deyil, eyni zamanda komanda yoldaşlarının da narazılığına səbəb olub. İddialara əsasən, oyunçunun davranışları komandanın paltardəyişmə otağında narahatlıq yaradıb. Klub rəhbərliyi isə bu cür davranışların "Real Madrid"ə mənfi təsir göstərdiyini düşünür.
© Copyright 2026, All Rights Reserved