"Real" əzəli rəqibinə başsağlığı verib
"Barselona" klubunun əsas komandasının həkimi, 40 yaşlı Karles Minyaro Qarsiya dünyasını dəyişib.
90plus.az xəbər verir ki, "Real Madrid" əzəli rəqibinə Qarsiyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
"Real" klubunun prezidenti və Direktorlar Şurası "Barselona"nın həkimi Karles Minyaro Qarsiyanın vəfatı münasibətilə dərin hüznlə başsağlığı verir. Klub olaraq biz Karlesin ailəsinə, yaxınlarına, həmkarlarına və bütövlükdə "Barselona" camiəsinə kədərimizi və dəstəyimizi çatdırmaq istəyirik", - bəyanatda bildirilib.
Qeyd: Həkimin vəfatı səbəbilə dünən keçirilməsi planlaşdırılan "Barselona" – "Osasuna" oyunu təxirə salınıb.
Görüşün aprelin 26-da və ya mayın 21-də baş tutacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved