Ronaldo və Messi eyni komandada oynayacaqlar
ABŞ-ın "İnter Mayami" komandasında çıxış edən Lionel Messi ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan Kriştiano Ronaldo bir oyunda eyni komandada yer ala bilərlər.
90plus.az xəbər verir ki, argentinalı keçmiş hücumçu Karlos Teves vida oyununda bu ideyanı həyata keçirmək niyyətindədir.
O, bu ilin sonunda "Boka Xuniors" stadionunda futbol həyatı boyunca birlikdə top qovduğu keçmiş komanda yoldaşları ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırır.
Həmin qarşılaşmaya bir çox tanınmış futbolçunun dəvət ediləcəyi ehtimal olunur.
Qeyd: Karlos Teves futbolçu karyerasını 2021-ci ildə başa vurub. O, Lionel Messi ilə Argentina millisində Kriştianu Ronaldo ilə isə İngiltərənin "Mançester Yunayted" klubunda bir komandada çıxış edib.
© Copyright 2026, All Rights Reserved