Ruben Amorim: "Sizlər məni hansı mövqedə olmağımla qiymətləndirəcəksiniz"
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim sabiq futbolçu Qarı Nevilin qonağı olub.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis iddialı danışıb:
Qari Nevil: "Hal-hazırda 13-cü sıradasınız, amma əslində dördüncü sıradan cəmi 4 xal uzaqdasınız. Bu mövsüm hədəf hələ də ilk dördlükdür."
Ruben Amorim: "İlk növbədə, mən yalnız növbəti oyunu qazanmağa fokuslanmışam. Sən və başqaları məni hansı mövqedə olmağıma görə qiymətləndirəcəksiniz, amma bu, mənim üçün vacib deyil. Mən bunu bilirəm, çünki biz "Man Yunayted"-ik. Mənim məqsədim bu oyunu və növbəti oyunu qazanmaqdır. Hər oyunu qazanmaq istəyirəm."
© Copyright 2026, All Rights Reserved