“Sabah”ın Avroliqada mümkün rəqibləri bilinib
“Sabah”ın Avroliqadakı mümkün rəqibləri bəlli oldu — Konfrans Liqası ehtimalı da var.
90plus.az xəbər verir ki, bu gün UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Aprelin sonunda ölkə kubokunu qazanaraq avrokuboklara vəsiqə qazanan “Sabah” klubunun bu raunddakı mümkün rəqibi müəyyənləşib.
Bakı təmsilçisi turnirə 1-ci təsnifat mərhələsindən start verəcək və Sloveniya klubu “Selye" ilə qarşılaşacaq. Əgər “Sabah” bu mərhələni adlaya bilsə, növbəti mərhələdə Kiprin AEK və Serbiyanın “Partizan” komandaları arasında baş tutacaq duelin qalibi ilə üz-üzə gələcək.
UEFA-nın açıqlamasına görə, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24-də və 31-də keçiriləcək. Növbəti mərhələyə yüksələcəyi təqdirdə “Sabah” ilk oyunu öz meydanında oynayacaq.
Əgər Azərbaycan klubu “Selye"yə məğlub olarsa, mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək. Bu halda “Sabah” aşağıdakı komandaların birinə rəqib olacaq:
Konfrans Liqasında da 2-ci mərhələnin oyunları 24 və 31 iyul tarixlərində keçiriləcək. Həmin mərhələnin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved