Sabiq "Fənər"li 39 yaşında futbola qayıtdı
İstanbulun "Fənərbağça" komandasının keçmiş futbolçusu Pappis Demba Sisse karyerasını yenidən davam etdirmək qərarına gəlib.
90plus.az xəbər verir ki, 3 ay sonra 40 yaşına çatacaq seneqallı hücumçu Birləşmiş Ərəb Əmirliklərində yeni klub tapıb. O, 3-cü divizionda çıxış edən "Əl-Kabila" komandasında oynamağa başlayıb.
Xatırlatma: Sisse 2023-cü ildə Fransa təmsilçisi "Amyen"də çıxış edərkən futbolçu karyerasını başa vurduğunu bildirmişdi. O, 2020-21-ci illərdə "Fənərbağça"nın heyətində 25 matçda iştirak edib və 5 dəfə rəqib qapısına yol tapıb.
© Copyright 2026, All Rights Reserved