Sabiq "Qalatasaray"lıdan futbola duyğusal vida
2011 ilə 2015-ci illər arasında "Qalatasaray" formasını geyən braziliyalı futbolçu Felipe Melo 41 yaşında aktiv futbol karyerasına son verdiyini açıqladı.
90plus.az xəbər verir ki, öz sosial media hesabında bir açıqlama verən Melo bu sözləri qeyd edib:
"Bugün həyatımın ən önəmli hissələrindən birini bağlayıram: futbolçuluq karyeramı. İnanılmaz illər idi, bir çox mübarizə və uğur yaşadım, amma ən önəmlisi, atdığım hər addımda Tanrının məqsədinin yerinə yetdiyini gördüm. Yaşadığım hər şey, hər an, Onun əli ilə istiqamətləndirildi və sevdiyim işi etmək imkanı qazandığım üçün əbədi minnətdaram.
Gücümü həmişə Tanrının inancından, sevgisindən və mərhəmətindən aldım. Ən çətin anlarda yanımda oldu, məni ayağa qaldırdı və qələbə anlarında mənə şükür etməyi xatırlatdı."
© Copyright 2026, All Rights Reserved