Sabiq "Qalatasaray"lı komandasından ayrıldı
"Esenler Erokspor"da Bülənt Korkmaz dövrü başa çatdı.
90plus.az xəbər verir ki, Türkiyənin 1-ci Liqa təmsilçisi "Esenler Erokspor" baş məşqçi Bülənt Korkmaz ilə yollarını ayırıb. Klubun rəsmi açıqlamasında 55 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildiyi bildirilib.
Mövsümə uğurlu başlayan İstanbul təmsilçisi son dövrlərdə istənilən nəticələri əldə edə bilmirdi. Bu səbəbdən rəhbərlik dəyişiklik qərarı verib. Bülənt Korkmaz 2023-cü ilin noyabr ayında komandanın sükanı arxasına keçmişdi. Onun rəhbərliyi altında "Esenler Erokspor" play-off yarışında iddialı olsa da, son oyunlardakı uğursuz nəticələr rəhbərliyi yeni məşqçi axtarışına çıxmağa məcbur edib.
Hazırda klub rəhbərliyi yeni baş məşqçi ilə bağlı danışıqlar aparır. "Esenler Erokspor"un yeni çalışdırıcısının yaxın günlərdə açıqlanacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved