ŞOK İDDİA: "Beşiktaş" "Qalatasaray"la oyunu boykot edəcək
"Beşiktaş" TFF-ə şikayətini çatdırmaq üçün oyunda 5 ədəd qırmızı alıb matçı boykot edəcək.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasında son yaxınlaşdıqca gərginlik bir az da artır. Martın 29-da "Qalatasaray" səfərdə digər İstanbul təmsilçisi "Beşiktaş"ın qonağı olacaq. Ev sahibləri oyundan əvvəl TFF-ə xarici hakim istədiklərini bildirsələr də, matça türk hakim Yasin Kol təyin olundu. Bu da görünür ki, "qara qartallar"ı məmnun etmədi.
Türk mediasının iddiasına görə, belə olan halda "Beşiktaş" "Qalatasaray"la oyunun əvvəlində bilərəkdən 5 qırmızı alaraq görüşü boykot edəcəklər.
Qeyd: Matç martın 29-u, saat 21:45-də start götürəcək.
© Copyright 2026, All Rights Reserved