Son Hın-min: “Gəlin, məni əfsanə adlandıraq”
Avropa Liqası kubokunu qazanan "Tottenhem"in kapitanı Son Hın-min 17 illik karyerasında ilk böyük kubokunu qazandıqdan sonra zarafatyana "Tottenhem əfsanəsi" olduğunu söyləyib.
90plus.az xəbər verir ki, ötən gecə Bilbaoda keçirilən Avropa Liqasının finalında "Mançester Yunayted"ə 1:0 hesabı ilə qalib gəlib kuboku qaldıran Sonun TNT Sportsun müxbiri ilə sual-cavabı maraq doğurub:
Müxbir: “İndi sən Əfsanəsən?”
Son Hın-min: “Gəlin, məni əfsanə adlandıraq. Bircə bu gün. Niyə də yox?”
"Həmişə arzuladığım şey bu olub. Bu gün arzumun yerinə yetdiyi gündür. Mən dünyanın ən xoşbəxt adamıyam".
VİDEO: https://t.me/doxsanplus/103137
Qeyd: 2015-ci ildə 22 milyon funt-sterlinq qarşılığında "Spurs"a qoşulan 32 yaşlı Son üç finalda məğlub olduqdan sonra klub və ya beynəlxalq səviyyədə ilk dəfə gümüş medal qazanmışdı.
Avqust ayında Son BBC Sport-a demişdi ki, Spurs ilə kubok qazanana qədər o, əfsanə sayıla bilməz.
© Copyright 2026, All Rights Reserved