Super Liqadan düşən 3-cü komanda bəlli oldu
90plus.az xəbər verir ki, Super Liqanın 36-cı turunda üçüncülük uğrunda yarışan "Samsunspor" liqada qalmağa çalışan "Sivasspor"u qəbul edib.
Gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyini 9-cu dəqiqədə Dimatanın vurduğu qol həll edib.
Bu nəticə ilə "Samsunspor" xallarını 60-a çatdıraraq "Beşiktaş"ın xal itkisi fonunda turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Məğlubiyyət "Sivasspor" üçün ağır nəticə ilə yekunlaşdı – komanda Super Liqa ilə vidalaşan üçüncü klub oldu. Daha əvvəl "Adana Dəmirspor" və "Hatayspor" da liqanı tərk etmişdi.
Hazırda liqanı tərk edəcək sonuncu klub isə qarşıdakı turlarda müəyyənləşəcək.
© Copyright 2026, All Rights Reserved