Uni-də tələbə idi, bombardirə döndü
22 yaşlı malili cinah oyunçusu Qossou Diarra universitet təhsili almaq üçün gəldiyi İstanbulda futbol karyerasında sürətlə irəliləyir.
90plus.az xəbər verir ki, 2023-24 mövsümündə "Tuzlaspor" forması ilə futbola başlayan Diarra bu mövsüm əvvəlində "İstanbulspor" ilə müqavilə imzalayıb və qısa müddətdə komandanın ulduzlarından birinə çevrilib.
Türkiyə 1. Liqasının 30-cu həftəsində "İstanbulspor" "Gençlerbirliği"ni 5-0 hesabı ilə məğlub edib. Bu qarşılaşmada Diarra het-trik edərək diqqətləri üzərinə çəkib. O, mövsüm ərzində 29 oyunda 12 qol vurub və 2 qol ötürməsi edib, bununla da bombardirlər siyahısında 5-ci yerdə qərarlaşıb.
"İstanbulspor"un baş məşqçisi Osman Zeki Korkmaz Diarra haqqında belə danışıb: "Diarranın peşəkar bir oyunu yox idi. Burada universitet tələbəsi idi. Yalnız futbol akademiyası keçmişi var idi. Bizimlə məşqlərə çıxırdı. Artıq üçüncü məşqdə prezidentə 'müqavilə imzalayaq' dedik. Oyun yaradırıq, oyunçu yaradırıq və bunları edərkən oyun qazanırıq. Bunun zövqü heç bir şeyə dəyişilməz."
Diarranın hekayəsi, universitet təhsili üçün gəldiyi İstanbulda futbol sahəsində də böyük uğurlar əldə edə biləcəyini göstərir.
© Copyright 2026, All Rights Reserved