“Tottenhem”in çalışdırıcısı: “Kloun deyiləm və olmayacam da”
BBC-nin jurnalisti "Tottenhem"in baş məşqçisi Ange Postekoqlunu yaman əsəbləşdirib.
90plus.az xəbər verir ki, bu gün saat 23:00-da Bilbaoda Avropa Liqasının həlledici final matçında "Mançester Yunayted"lə qarşılaşacaq komandanən çalışdırıcısı kloun sözünə görə özündən çıxıb.
Jurnalist: "Avropa Liqasının finalının nəticəsindən asılı olaraq, ya tarixə düşəcəyinizi, ya da kloun olacağınızı anlayırsınız?"
Ange Postecoglou (“Tottenhem”in baş məşqçisi): "Mançester Yunayted" ilə sabahkı matçın nəticəsindən asılı olmayaraq, kloun deyiləm və heç vaxt da olmayacağam.
Komandanı avrokubokun finalına çıxaran baş məşqçini təsvir etmək üçün bu sözləri işlətməklə məni məyus etdiniz. Finalda mümkün məğlubiyyətin kloun olduğum mənasına gəldiyini düşünürsünüzsə, sizə nə cavab verəcəyimi bilmirəm".
© Copyright 2026, All Rights Reserved