“Trabzonspor” “İnter”i udub yarımfinala gedir
Türkiyənin "Trabzonspor" klubunun 19 yaşlıları UEFA Gənclər Liqasının 1/4 finalında "İnter"lə oyunu udaraq yarımfinala yüksəldi.
90plus.az xəbər verir ki, 40 minə yaxın "Trabzonspor" azarkeşi izlədiyi oyunda "Trabzonspor"un U-19 komandası 1:0 hesabı ilə qalib gəldi:
"Fırtına" ləqəbli klubun qələbə qolunu 77-ci dəqiqədə Əkrəm Terzi vurub. “İnter”in futbolçusu Topaloviç 39-cu dəqiqədə penaltini yerinə yetirə bilməyib.
Trabzonspor U19 Komandası UEFA Gənclər Liqasının yarımfinalına yüksəlməklə buna nail olan ilk türk komandası adını qazandılar.
TAMAŞAÇI REKORDU QIRILDI
"Trabzonspor" - "İnter" matçında 40.368 tamaşaçı sayı da klub tarixində ən yüksək izləyici sayı kimi tarixə düşdü.
YARIMFINALDA RƏQİB "ZALSBURQ"
Avstriya klubu "Zalsburq”la yarımfinal oyunu 25 aprel 2025-ci ildə İsveçrənin Nyon şəhərində neytral meydançada oynanılacaq.
© Copyright 2026, All Rights Reserved