"Trabzonspor"da Şenol Güneşi o əvəzlədi
"Trabzonspor"un yeni baş məşqçisi Fatih Tekke təyin edilib.
90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Təcrübəli mütəxəssis bu vəzifədə Şenol Güneşi əvəz edib. "Trabzonspor" yeni baş məşqçisini bu gün ictimaiyyətə təqdim edəcək.
Fatih Tekke bundan əvvəl "Kayseri Erciyesspor", "Boluspor", "Manisaspor", "Denizlispor", "İstanbulspor", "Bursaspor" və "Alanyaspor" kimi komandaları çalışdırıb.
Bundan əlavə, futbolçu karyerası ərzində 1994-1997, 1998-2000 və 2002-2006-cı illərdə "Trabzonspor"un formasını geyinib.
© Copyright 2026, All Rights Reserved