Tudor gələr-gəlməz Kenan Yıldızı sevindirdi
İtaliya nəhəngi "Yuventus"da baş məşqçi Tiaqo Mottanın yerinə gətirilən İqor Tudor sistemdə də dəyişiklik edəcək.
90plus.az xəbər verir ki, çempionatın bitməsinə 9 həftə qalmış minimum dördüncü yeri tutmağı hədəfləyən xorvat çalışdırıcı hücum üçlüyünü dəyişəcək.
Tiaqo Motta dönəmində ehtiyatda qalan Dusan Vlahoviçi yenidən əsas heyətə qaytaracaq olan Tudor, sol cinahda Kenan Yıldızı, sağ cinahda isə Kolo Muanini oynadacaq.
Türkiyəli futbolçu bu mövsüm "Yuventus" forması ilə 41 rəsmi matçda 2742 dəqiqə meydanda olub, 6 qol vurub və 4 asist edib.
© Copyright 2026, All Rights Reserved