Türk futbolçu Portuqaliyada 2 qol birdən vurdu
Mövsümün əvvəlində "Beşiktaş"dan Portuqaliyanın "Rio Ave" klubuna icarəyə verilən Demir Ege Tıknaz Portuqaliya Premyer Liqasının 33-cü turunda səfərdə "Nacional" ilə keçirilən oyunda iki dəfə fərqlənərək adını hər yana yaydı.
90plus.az xəbər verir ki, "Estadio da Madeira" stadionunda baş tutan qarşılaşmada "Rio Ave" ilk hissəni 3:0 hesabı ilə öndə tamamladı. Lakin ikinci hissədə üstünlüyünü qoruya bilməyən komanda sonda 3:3-lük heç-heçə ilə kifayətlənməli oldu.
20 yaşlı yarımmüdafiəçi Demir Ege oyunun 3-cü və 43-cü dəqiqələrində rəqib qapısına yol taparaq komandasının xalına böyük töhfə verdi. O, ikinci hissənin əvvəlində əvəzlənib.
Bu mövsüm "Rio Ave" formasında 32 rəsmi oyuna çıxan gənc futbolçu 4 qol və 2 assist ilə komandasına töhfə verib. Hazırda "Rio Ave" 37 xalla Portuqaliya Premyer Liqasında 10-cu pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved