Türkiyə klubu 27 il sonra avrokuboklara qatılacaq
Bu mövsüm Türkiyə Super Liqasında yuxarı mövqe uğrunda mübarizə aparan "Samsunspor" 27 illik fasilədən sonra Avropa arenalarına dönmək hüququ qazanıb.
90plus.az xəbər verir ki, "Qalatasaray" klubunun Türkiyə Kubokunun finalında "Trabzonspor"u məğlub edərək çempion olması Qara dəniz təmsilçisinə Avropa kuboklarına vəsiqə qazandırdı.
Hətta qalan turlarda xal qazana bilməsə belə, "Samsunspor" artıq Avropa turnirlərinə qatılmaq hüququnu təmin edib. Beləliklə, klub uzun illərdən sonra böyük bir ilki yaşayacaq.
"Samsunspor" Avropa arenasında son oyununu 5 avqust 1998-ci ildə Almaniyanın "Verder Bremen" klubuna qarşı UEFA Intertoto Kubokunun yarımfinalında keçirmişdi. İndi isə 27 illik fasilədən sonra Avropaya qayıdış reallaşır.
Hazırda "Samsunspor"un UEFA Avropa Liqasında, yoxsa UEFA Konfrans Liqasında mübarizə aparacağı isə mövsüm sonunda formalaşacaq yekun turnir cədvəlinə əsasən müəyyənləşəcək. Klubun məşqçi heyəti və futbolçuları kubok finalını birlikdə izləyərək bu uğuru böyük coşqu ilə qeyd ediblər.
© Copyright 2026, All Rights Reserved