Türkiyə Kuboku “Qalatasaray”ındır
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu!
90plus.az xəbər verir ki, "Qalatasaray" tarixində 19-cu dəfə Türkiyə kubokunu qazandı! "Sarı-qırmızılılar" 2018-2019 mövsümündən sonra ilk dəfə Türkiyə kubokunu qazanıb.
Digər tərəfdən "Qalatasaray" liqada həftəsonu öz meydanında "Kayserispor" ilə qarşılaşacaq. "Cim-Bom" bu görüşdən 1 xal alsa, Super Liqada çempion elan olunacaq və 25 çempionluqla 5-ci ulduz hüququ qazanacaq.
Bütün "Qalatasaray" azarkeşlərini təbrik edirik!
Trabzonspor 0-3 Qalatasaray
Barış Alper 5'
Osimhen 46' 63'
Qollar:
https://t.me/doxsanplus/102769
https://t.me/doxsanplus/102772
https://t.me/doxsanplus/102775
Qeyd: Ötən mövsüm Türkiyə kubokunun qalibi "Beşiktaş" olub.
Türkiyə Kuboku çempionları:
19 dəfə Qalatasaray
11 dəfə Beşiktaş
9 dəfə Trabzonspor
7 dəfə Fənərbağça
2 dəfə Altay, Ankaragücü, Gençlerbirliği, Göztepe, Kocaelispor
1 dəfə Bursaspor, Eskişehirspor, Akhisarspor, Kayserispor, Konyaspor, Sakaryaspor, Sivasspor.
Qalatasaray"ın çempionluq sevinci:
https://t.me/doxsanplus/102783
2-ci olan "Trabzonspor" heyəti isə Türkiyə Futbol Federasiyasına etiraz məqsədilə medal mərasimində iştirak etmədi.
© Copyright 2026, All Rights Reserved