Türkiyə millisi əsas heyət üzvünün itirdi
Türkiyə millisinin futbolçusu Orkun Kökçü Millətlər Liqasının pley-off mərhələsində Macarıstana qarşı keçiriləcək cavab görüşünü buraxacaq.
90plus.az xəbər verir ki, buna onun sarı vərəqə limitini aşması səbəb olub.
24 yaşlı yarımmüdafiəçi Macarıstanla ilk qarşılaşmanın 41-ci dəqiqəsində sarı vərəqə alıb.
Həmin oyun Türkiyə yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasındakı cavab görüşü martın 23-də oynanılacaq.
© Copyright 2026, All Rights Reserved