Türkiyə Prezidenti futbolçuları təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, A Milli Futbol Komandasının UEFA Millətlər Liqası Play-Off mərhələsinin cavab görüşündə Macarıstanı səfərdə 3:0 hesabı ilə məğlub edərək ilk dəfə UEFA Millətlər A Liqasında iştirak hüququ qazanmasından sonra futbolçulara telefonla təbriklərini çatdırıb.
90plus.az xəbər verir ki, Prezident Ərdoğan milli komandanın baş məşqçisi Vinçenzo Montella və futbolçuları tarixi qələbə və 90 dəqiqə ərzində nümayiş etdirdikləri üstün oyun səbəbilə təbrik edib. O, həm UEFA Millətlər A Liqasında, həm də 2026 FIFA Dünya Kuboku seçmə mərhələsində komandaya müvəffəqiyyətlər arzulayıb. Ay-ulduzlular da göstərilən dəstəyə görə Prezident Ərdoğana minnətdarlıqlarını ifadə ediblər.
Bundan əlavə, Türkiyənin Gənclər və İdman Naziri Osman Aşkın Bak və Türkiyə Futbol Federasiyasının rəhbəri İbrahim Ethem Hacıosmanoğlu da qarşılaşmadan sonra komandanın paltardəyişmə otağına gedərək futbolçular və texniki heyətlə görüşüb, onları təbrik edərək qarşıdakı oyunlarda uğurlar diləyiblər.
© Copyright 2026, All Rights Reserved