Türkiyə yasda - Oyunçular qara sarğıda oynayacaq
Türkiyə Futbol Federasiyası oyunlara qara sarğı ilə çıxılacağını bildirdi.
90plus.az xəbər verir ki, Bolu Kartalkaya Xizək Mərkəzindəki bir oteldə baş verən yanğın faciəsi səbəbindən həyatını itirən vətəndaşlarının xatirəsinə 24, 25, 26 və 27 yanvar tarixlərində keçiriləcək bütün qarşılaşmaların əvvəlində 1 dəqiqəlik sükut duruşu ediləcək və bütün komandalar matçlara qara qol bağlaması ilə çıxacaq.
TFF-dən edilən açıqlama belədir:
Bolu Kartalkaya Xizək Mərkəzindəki bir oteldə baş verən yanğın faciəsi səbəbindən həyatını itirən vətəndaşlarımızın xatirəsinə 24, 25, 26 və 27 yanvar tarixlərində keçiriləcək bütün qarşılaşmaların əvvəlində 1 dəqiqəlik sükut duruşu ediləcək. Həmçinin, bütün klublarımız qarşılaşmalara qara qol bağlaması ilə çıxacaq.
Qeyd: Boluda Kartalkaya xizək kurortunda yerləşən Grand Kartal otelində yanğın baş verib. 238 müştərisi olan oteldəki yanğın uzun səylərdən sonra söndürülüb. Yanğın zamanı oteldə olan 76 nəfər həyatını itirib.
© Copyright 2026, All Rights Reserved