Türkiyədə daha bir derbidə xarici hakim
Türkiyə Superliqasında daha bir qarşılaşma xarici hakimlər tərəfindən idarə olunacaq.
90plus.az xəbər verir ki, 28-ci tur çərçivəsində baş tutacaq "Beşiktaş" - "Qalatasaray" görüşü İrfan Pelitoyaya həvalə edilib.
Türkiyə Futbol Federasiyası bu məsələ ilə bağlı Bosniya və Herseqovina Futbol Federasiyasına müraciət edib.
Martın 29-da keçiriləcək "Beşiktaş" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Xatırlatma: Bundan öncə "Qalatasaray" - "Fənərbağça" görüşü (0:0) sloveniyalı hakim Slavko Vinçiç tərəfindən idarə olunmuşdu.
© Copyright 2026, All Rights Reserved