Türkiyəli məşqçi ilə yollar ayrıldı
Türkiyə Superliqasında mübarizə aparan "Alanyaspor" klubu baş məşqçi Sami Uğurlu ilə yollarını ayırıb.
90plus.az xəbər verir ki, 46 yaşlı çalışdırıcının müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. O, ötən ilin noyabr ayında baş məşqçi postuna gətirilmişdi.
"Alanyaspor" hazırda Türkiyə çempionatında 31 xal toplayaraq 14-cü pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved