Türkiyənin baş məşqçisi: “Yolumuz uzun”
Türkiyə millisinin çalışdırıcısı Vinçenzo Montella Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Portuqaliyaya uduzduqları (0:3) matçdan sonra fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Montella bunları söyləyib:
"İlk 20 dəqiqədə qol vurmağa yaxın idik. Bu səviyyədə rəqiblərə qarşı əlinə düşən fürsəti dəyərləndirməsən, işin çətinləşir. Ümumiyyətlə, pis oyun keçirdiyimizi düşünmürəm. Yolumuz uzundur. Bir-birimizə inanırıq".
Qapıda Altay Bayındıra şans verməsi barədə: "3 qapıçımızın hər biri çox yaxşıdır. Altay İtaliya, Uels və Almaniya ilə oyunlarda çox yaxşı çıxış etmişdi. Biz bu gün səhər zədə ilə üzləşdik. Ona görə də belə qərar verdik. Komanda pis nəticə göstərəndə ilk düşmən millinin baş məşqçisi olur. Bunun fərqindəyəm. Qərar verərkən bildiklərimi icra edirəm".
© Copyright 2026, All Rights Reserved