UEFA “Tottenhem”dən üzr istədi
UEFA Avropa Liqasının finalından sonra mükafatlandırma mərasimindəki hadisəyə görə "Tottenhem"ə üzrxahlıq edib.
90plus.az xəbər verir ki, mükafatlandırma zamanı London klubunun 3 futbolçusuna qızıl medal çatmayıb.
UEFA-nın media xidməti: "Təəssüf ki, mükafatlandırma mərasimi zamanı oyunçuların və medalların sayında gözlənilməz uyğunsuzluq oldu. Səhnədə təqdim etmək üçün kifayət qədər medalımız olmadı. Medallar dərhal soyunub-geyinmə otağında qalib komandaya çatdırıldı. Buna görə üzr istəyirik".
© Copyright 2026, All Rights Reserved