"Valensiya" 14 ildən sonra hərəkətə keçdi
"Valensiya" Mestalyanı yenidən qurur.
90plus.az xəbər verir ki, İspaniyanın köklü komandalarından biri olan "Valensiya"nın 15 ildən artıqdır tikintisi tamamlanmayan bir "xəyali stadionu" var.
2010-cu ildə tamamlanması planlaşdırılan, lakin toxunulmamış qalan yeni stadion üçün "Valensiya" rəhbərliyi hərəkətə keçib.
"QÜRUR MƏNBƏYİ OLACAQ"
Maliyyə böhranı səbəbindən tamamlanmayan stadion üçün klubun ortaq sahiblərindən biri Mark Fenvik 2022-ci ildə belə demişdi:
"Hamı iqtisadi cəhətdən çətin bir dövr keçirdiyimizi qəbul etməlidir, lakin qənaətcil yanaşma bu stadionun möhtəşəm, görkəmli olmayacağı və azarkeşlər üçün qürur mənbəyi olmayacağı mənasına gəlmir."
İspaniya klubunun stadionu qısa müddətdə tamamlayıb, 2030 Dünya Kubokunda bəzi oyunlara ev sahibliyi etməyi planlaşdırdığı bildirilir.
© Copyright 2026, All Rights Reserved