Van Nistelroy: "Qalib gəlmək üçün zehinləri dəyişməlisən"
Rud van Nistelroy "Lester"lə oyundan sonra jurnalistlərin qabağına çıxıb.
90plus.az xəbər verir ki, niderlandlı hücumçu komandasının yaxşı oyunundan zövq aldığını bildirib:
Qalır ya gedir?
"Burada qalmağa çox həvəsli və motivasiyalıyam. Əsas hədəfim budur. Komandaya yardım etmək üçün gəlmişəm".
Ten Haq haqqında
"Dünən oyundan əvvəl Ten Haqla danışdım və ilk söhbətimiz mənim kluba qayıdışım barədə oldu. O, bu komandanı irəliyə aparmaq istəyirdi, heyif ki, alınmadı".
Ferqüson haqqında
"Ser Alekslə də danışdım. Mənə oyundan əvvəl uğurlar arzuladı. Onunla danışmaq hər zaman möhtəşəmdir".
Müddətli baş məşqçi
"Qısa müddətdə baş məşqçi olacam, bu barədə danışmışıq və mən vəziyyətdən razıyam".
Ten Haqın ayrılışı
"Ten Haqın gedişinə pis oldum, amma qalib gəlmək üçün zehinləri dəyişməlisən, çünki 75 min adam stadionda, milyonlar isə ekran başında səndən qələbə gözləyir. Biz də buna çalışdıq, bazar günü də eyni olacaq".
Yeni baş məşqçiyə dəstək
"Yeni baş məşqçiyə lazım olan hər dəstəyi göstərməyə hazıram. Klub çətin vəziyyətdədir və mən buna görə buradayam. Hər kəsin gözü bizdədir və bütün gücümüzlə klubu aid olduğu yerə qaytarmalıyıq. Ən önəmlisi bu oyunçulardan maksimumu əldə etməkdir"
"Çelsi" ilə matç
"Qısa müddət üçün vəzifəm yalnız irəli getmək və komandanı yaxşılaşdırmaqdır. "Çelsi"yə qarşı da ən yaxşı oyunumuzu oynamalıyıq".
Klub haqqında
"Bu şəhərdə olmaqdan və bu klubda işləməkdən həzz alıram. Komandaya azarkeşlərin oxuduğu mahnıları və onların gözləntilərini izah etmişəm. Bu klubda oynamağın mənasını başa salmışam".
Məşqçinin heyət seçimi
"Yeni məşqçinin heyət barədə düşüncələri haqda danışmaq çətindir. Heyəti görərkən bu kluba gəlmək və ya gəlməmək öz qərarıdır".
Tərcümə etdi: Qırmızı şeytanlar Facebook səhifəsi
© Copyright 2026, All Rights Reserved