Vüqar Həşimov memorialında qalıb bəlli oldu
Şuşada təşkil olunan şahmat üzrə X Vüqar Həşimov Memorialı başa çatıb.
90plus.az xəbər verir ki, Yan Nepomnyaşi (Rusiya) qalib olub.
Turnirin ilk iki günündə şahmatçılar rapiddə qüvvələrini sınayıblar. Bu gün isə blitsdə partiyalar keçirilib. Rapiddə liderliyi ələ keçirən rusiyalı şahmatçı üstünlüyünü sonadək qoruyub. Toplamda 19 xalla Nepomnyaşi çempion tituluna yiyələnib.
Özbəkistanlı Nodibrek Abdusattorov ikinci, Şəhriyar Məmmədyarov isə 3-cü yeri tutub.
Turnir cədvəli: Nepomnyaşi - 19 xal, Abdusattorov - 18, Məmmədyarov - 16, Artemyev - 14,5, Süleymanlı - 13,5, Çitambaram - 13, Məmmədov, Rapport - 9.
© Copyright 2026, All Rights Reserved