Xames Rodriges İspaniya vergi oqanından 3 milyon avro alacaq
Xames Rodriges İspaniya vergi orqanından 3 milyon avro kompensasiya alacaq.
90plus.az xəbər verir ki, 34 yaşlı kolumbiyalı vinger İspaniyada vergi işi ilə bağlı məhkəmə prosesində qalib gəlib.
İspaniya vergi orqanı tərəfindən futbolçuya qarşı irəli sürülən vergi yayınması ittihamları məhkəmə tərəfindən əsassız hesab olunub. İspaniyanın Milli Məhkəməsi iddianın yanlış olduğunu təsdiqləyərək əvvəlki qərarı ləğv edib.
Qərara əsasən, vergi qurumu Xames Rodrigesə ümumilikdə 3 milyon avro məbləğində kompensasiya ödəməlidir. Vəsaitin dərhal geri qaytarılması barədə göstəriş verilib.
Hadisə İspaniya mətbuatında geniş rezonans doğurub.
© Copyright 2026, All Rights Reserved