Xorvatiya millisi 28 min avro ziyandadır
UEFA Xorvatiya milli futbol yığmasını cəzalandırıb.
90plus.az xəbər verir ki, buna səbəb Avropa çempionatının qrup mərhələsinin II turunda, Albaniya ilə oyunda (2:2) xorvatiyalı azarkeşlərin qeyri-etik davranışları olub. Qitə futbol qurumu yığmanı cərimələyib.
Meydana yad əşyalar atmaq, pirotexniki vasitələrdən istifadə etmək və təxribat xarakterli mesajlara görə Xorvatiyaya 28 min avro ziyan dəyib.
© Copyright 2026, All Rights Reserved