Yaponiyada italyan pilot finişi birinci keçdi
Yaponiya qran-prisinin qalibi italyan Françesko Baqnaya oldu.
90plus.az xəbər verir ki, motosiklet yarışlarının ən önəmli təşkilatında sezonun 16-cı mübarizəsi Yaponiyada "Mobility Resort Motegi" Pistində 24 dövrə üzərində baş tutdu.
Yarışı qazanan italyan pilot Baqnaya dünya çempionatının bitməsinə 4 yarış qalmış pilotlar sıralamasında lider olan Jorje Martin ilə arasındakı fərqi 10 xala azaltdı. Pilotlar sıralamasında zirvədə yer alan "Prima Pramac" komandasının İspaniyalı pilotu Jorje Martin liderdən 1.189 saniyə geri qalaraq ikinci, "Gresini" komandasının İspan motosikletçisi Mark Markez isə liderdən 3.822 saniyə geridə üçüncü sırada yer aldı.
Sezonun 17-ci yarışı Avstraliya Qran Prisi 20 oktyabrda keçiriləcək.
Pilotlar sıralamasının ilk 5 sırası belədir:
Jorje Martin (İspaniya): 392 xal
Françesko Baqnaya (İtaliya): 382
Enea Bastianini (İtaliya): 313
Mark Markez (İspaniya): 311
Brad Binder (Cənubi Afrika): 183
© Copyright 2026, All Rights Reserved