Yusuf Akçiçeyi TOP-5-dən divlər istəyir
"Fənərbağça"nın futbolçusu Yusuf Akçiçekin TOP-5 Liqadan, div klublardan elçiləri var.
90plus.az xəbər verir ki, Yusuf Akçiçek'lə aşağıdakı klublar maraqlanır:
"Mançester Yunayted", "Tottenhem", "Bayern Münhen", "Atletiko Madrid", "Napoli" və "Leypsiq".
İlk dəfə Millətlər Liqasının cavab pley-offunda Macarıstanla matçda millidə debüt edən Akçiçək performansı ilə diqqətləri üzərinə çəkib.
Almaniyanın Bild nəşrinin xəbərinə görə, "Bayern Münhen"in skaut komandası Yusuf Akçiçeki prioritet izləmə siyahısına əlavə edib və onun hər matçını xəbər verməyə başlayıb.
"Bayern"in Yusuf Akçiçekin potensialına əmin olduğu halda, bu yay transfer qərarını verə və "Fənərbağça"nın qapısını döyə biləcəyi yazılıb. Sarı-göylərin 40 milyon avroluq transfer haqqı ilə bazarlıq masasına oturacağı iddia edilib.
Qeyd: Bu mövsüm "Fənərbağça"nın heyətində 15 rəsmi matçda forma geyinən gənc ulduz 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved